ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Hafta.az xəbər verir ki, 1/16 final mərhələsinin başa çatmasının ardından növbəti mərhələnin bütün oyun cütləri bəlli olub.
DÇ-2026-nın 1/8 final mərhələsinin oyun cədvəli:
4 iyul, 21:00 – Kanada – Mərakeş
5 iyul, 01:00 – Paraqvay – Fransa
5 iyul, 00:00 – Braziliya – Norveç
6 iyul, 04:00 – Meksika – İngiltərə
6 iyul, 23:00 – Portuqaliya – İspaniya
7 iyul, 04:00 – ABŞ – Belçika
7 iyul, 20:00 – Argentina – Misir
7 iyul, 00:00 – İsveçrə – Kolumbiya
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi futbol üzrə dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Turnirin son qalibi Argentina millisidir.